Şəkidə qəza olub, xəsarət alanlar var

Şəkidə qəza olub, xəsarət alanlar var
# 18 noyabr 2021 09:44 (UTC +04:00)

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin B. Vahabzadə küçəsində Şəki şəhər sakini Sərxan Məmmədli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Hüseyn Hüseynovun idarə etdiyi “Land-Cruiser” markalı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törədib. Nəticədə “VAZ-2107”nin sürücüsü S. Məmmədli və nəqliyyat vasitəsində olan digər 2 qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR