Şəkidə qəzaya düşənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO

Şəkidə qəza

© APA | Şəkidə qəza

# 23 noyabr 2021 20:37 (UTC +04:00)

Şəki rayonunda yol qəzasına düşən şəxslər bir ailənin üzvləridir.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Orta Zəyzid kənd sakini 28 yaşlı Nizami Abdulsalamovun idarə etdiyi "Mercedes" markalı, 90 VJ 665 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb.

Qəza zamanı sürücü N. Abdulsalmanov, avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı 24 yaşlı Roza Abdulsalamova və övladı 5 yaşlı Ümid müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. N. Abdulsalamov və R. Abdulsalamovanın vəziyyətləri qənaətbəxş, Ü. Abdulsalmanovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
*****

17.00

Şəkidə avtomobil aşıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonda, Şəkinin Oraban kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR