Şəmkirdə mikroavtobusun aşması nəticəsində 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkirdə qəza

© APA | Şəmkirdə qəza

# 11 sentyabr 2021 12:45 (UTC +04:00)

Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1993-cü il təvəllüdlü Allahverdiyev Saləddin Ələddin oğlu, 1979-cu il təvəllüdlü Məmmədova Zinurə İbrahim qızı, 2010-cu il təvəllüdlü Məmmədli Rəcəb Güloğlan oğlu, 1977-ci il təvəllüdlü Məmmədov Güloğlan Səhliyalı oğlu, 1972-ci il təvəllüdlü Allahverdiyev Zümürd Əlisultan oğlu, 2004-cü il təvəllüdlü Məmmədli Raul Güloğlan oğludur.

Sürücü APA-ya bildirib ki, hadisəyə səbəb Gədəbəydən Bakıya hərəkət edən mikroavtobusun şininin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

***

09:24

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" kiçik tutumlu sərnişin mikroavtobusu idarəetməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR