Şəmkirdə velosipedçini vuran sürücü hadisə yerindən yayınıb

Şəmkirdə velosipedçini vuran sürücü hadisə yerindən yayınıb
# 01 iyul 2021 21:21 (UTC +04:00)

Şəmkirdə velosipedçini maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

1983-cü il təvəllüdlü Qasımov Babək velosipedlə hərəkətdə olan zaman avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni törədən sürücü hadisə yerindən yayınıb. Onun tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR