Şirvanda piyadanı avtomobil vurub - VİDEO

Şirvanda piyadanı avtomobil vurub - VİDEO
# 01 oktyabr 2021 23:15 (UTC +04:00)

Şirvanda piyadanın ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistral yolunun Şirvan şəhəri ərazisindən keçən hisssində baş verib.

Şirvan sakini, 1972-ci il təvəllüdlü Şahpələngov Qurbanxan Təbiət oğlunu 54 BK 160 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə kəllə-beyin travması və üz nahiyəsinin kobud deformasiyası diqanozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR