Sumqayıt və Goranboyda avtomobil yanıb

Sumqayıt və Goranboyda avtomobil yanıb
# 27 iyul 2021 08:59 (UTC +04:00)

Sumqayıt və Goranboyda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinindən APA-ya verilən məlumata görə, Sumqayıtda "VAZ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Goranboy rayonunda "Opel " markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR