Sumqayıtda 43 yaşlı kişi narkotikin təsirindən ölüb

Sumqayıtda 43 yaşlı kişi narkotikin təsirindən ölüb
# 28 noyabr 2021 17:50 (UTC +04:00)

Sumqayıtda 43 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
Birləşmiş məhəllə sakini 1978-ci il təvəllüdlü İsmayılov Firdövsi Ələkbər oğlu tanışının evində narkotik vasitənin təsirindən ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR