Sumqayıtda dəniz kənarında meyit tapılıb

Sumqayıtda dəniz kənarında meyit tapılıb
# 15 noyabr 2021 11:00 (UTC +04:00)

Sumqayıtda dəniz kənarında naməlum kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xəzər dənizinin Corat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, ərazidən keçən şəxslər dəniz kənarında meyitin olduğunu aşkar ediblər. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub və meyitin 20-25 yaşlarında kişi olduğu məlum olub. Onun kimliyi bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR