Sumqayıtda hərəkətdə olan maşının təkəri çıxaraq qadına xəsarət yetirib

Sumqayıtda hərəkətdə olan maşının təkəri çıxaraq qadına xəsarət yetirib
# 05 iyul 2021 22:24 (UTC +04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində baş verib.

Hərəkətdə olan “VAZ 21099” markalı avtomobilin ön sol təkəri yerindən çıxaraq xiyabanda ağacları sulayan 1963-cü il təvəllüdlü Şəmayıl Səfərovaya dəyib.

Ağır bədən xəsarətləri alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR