Şüvəlanda dənizdə boğulan 3 nəfərin adı açıqlanıb - VİDEO - YENİLƏNİB

Şüvəlanda dənizdə boğulan 3 nəfərin adı açıqlanıb  - VİDEO  - YENİLƏNİB
# 10 iyul 2021 17:08 (UTC +04:00)

Bakıda dənizdə boğulan 3 nəfərin kimliyi məlum olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. Həyata keçirilən tədbirlər nəticəsində 1990-cı il təvəllüdlü Əliyev İbrahim Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əliyev Asim Azər oğlu və 1995-ci il təvəllüdlü Məmmədova Nuranə Vəli qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

16.52

Bakının Xəzər rayonunda qeyri-çimərlik ərazisində 3 nəfər dənizdə boğulub.

Hadisə Şüvəlan qəsəbəsi ərazisində nəzarətsiz zonada, qeyri-çimərlik ərazisində baş verib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın APA-ya verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicləri hadisə yerinə cəlb olunub.

Dənizdə boğulan hər üç nəfərin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR