Tərtərdə avtomobil yanıb, sürücü xəsarət alıb - FOTO

Tərtərdə yanan avtomobil

© APA | Tərtərdə yanan avtomobil

# 05 noyabr 2021 16:42 (UTC +04:00)

Tərtər rayonunda hərəkətdə olan avtomaşın yanaraq yararsız hala düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayonu Düyərli kəndi ərazisindəndən keçən hissəsində baş verib.

Tərtər rayon Qapanlı kənd sakini Yaqublu Bərxudar Nazim oğluna məxsus "Toyota Prius" markalı minik maşını hərəkətdə olan zaman alışıb. Nəticədə yanğın qısa müddət ərzində böyüyərək bütün maşını əhatə edib. Əraziyə çağırılan yanğınsöndürən briqadası alovun qarşısını alıb.

Sürücü yanıq xəsarətləri alıb. Onun vəziyyətinin kafi olduğu deyilir.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR