Tovuzda minik maşını ağaca çırpılıb, sürücü ölüb

Tovuzda minik maşını ağaca çırpılıb, sürücü ölüb
# 01 iyul 2021 08:12 (UTC +04:00)

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynov Vəli Əsgər oğlu idarə etdiyi "VAZ 2107 "markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Sürücü 27 yaşlı V.Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılr.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR