Tovuzda qəza olub, xəsarət alanlar var

Tovuzda qəza olub, xəsarət alanlar var
# 18 oktyabr 2021 08:30 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı hasara çırpılıb. Qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar rayonun Yanıqlı kənd sakinləri - 1999-cu il təvəllüdlü Huseynov Vidadi Eyvaz oğlu,1998-ci il təvəllüdlü İsmaylov Elfaq Aydın oğlu, 1998-ci il təvəllüdlü Mustafayev Məhərrəm Seymur oğlu və 1995-ci il təvəllüdlü Mehdiyev Azər Eyyub oğludur.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR