Vətən müharibəsi iştirakçısı dənizdə batıb - YENİLƏNİB

Vətən müharibəsi iştirakçısı dənizdə batıb - YENİLƏNİB
# 08 iyul 2021 01:06 (UTC +04:00)

Novxanıda Vətən müharibəsinin iştirakçısı dənizdə batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Abşeron rayonunun Novxanı ərazisində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
24 yaşlı gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Cəfərzadə Pərviz Musa oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.

***

7 iyul, saat 22:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR