Xaçmazda 1 tondan artıq çətənə kolu məhv edilib

Xaçmazda 1 tondan artıq çətənə kolu məhv edilib
# 11 sentyabr 2021 12:49 (UTC +04:00)

Polis əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyatla Niyazabad kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 230 kiloqram olan 1675 ədəd çətənə kolu aşkar edilib.

Toplanan narkotik tərkibli bitki məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR