Xırdalanda çoxmərtəbəli binada yanğın baş verib - VİDEO

Xırdalanda çoxmərtəbəli binada yanğın baş verib - VİDEO
# 07 oktyabr 2021 22:58 (UTC +04:00)

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, "112" qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Qurum rəsmisi qeyd edib ki, qısa müddətdə alovun qarşısı alınıb, yanğın digər mənzillərə keçməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR