Yevlaxda avtomobil metal arakəsmələrə çırpılıb - FOTO

Yevlaxda avtomobil metal arakəsmələrə çırpılıb - FOTO
# 11 oktyabr 2021 00:52 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda idarəetmədən çıxan avtomaşın metal arakəsmələrə çırpılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax rayonunun Goranboy rayonu ilə həmsərhəd ərazisinə yaxın hissədə, Qarabağ kanalı yaxınlığında baş verib.

"Hyundai" markalı avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR