Yevlaxda gənclər qəza törədib, 3 nəfər yaralanıb

Yevlaxda gənclər qəza törədib, 3 nəfər yaralanıb
# 11 iyul 2021 18:31 (UTC +04:00)

Yevlax Bərdə avtomobil yolunda idarəetmədən çıxan “Mercedes” markalı avtomobil kanala aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlaxın Malbinəsi kəndində baş verib.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq şor kanalına aşıb. 2002-ci il təvəllüdlü 3 gənc - Quliyev Sadiq, Mahmudov Aftandil, Əliyev Əli xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR