Yevlaxda quşçuluq sexində yanğın söndürülüb

Yevlaxda quşçuluq sexində yanğın söndürülüb
# 30 sentyabr 2021 09:19 (UTC +04:00)

Yevlaxda quşçuluq sexi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərinin Havarlı kəndində ümumi sahəsi 300 m² olan quşçuluq sexinin (dam örtüyü metal konstruksiyadan ibarətdir) taxtadan ibarət tavanı və bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR