Yevlaxda yol qəzasında sürücü hadisə yerində ölüb

Yevlaxda yol qəzasında sürücü hadisə yerində ölüb
# 19 avqust 2021 01:12 (UTC +04:00)

Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə yolun Yevlaxın Aşağı Qarxun kəndi yaxınlığından keçən hissəsində baş verib.

İlkin məlumata görə, minik avtomobili motosikletçini vurub. Motosikletin sürücüsü, Ağdaş rayon sakini, 1997-ci il təvəllüdlü Əlizadə Cingiz Nadir oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR