Zaqatalada avtomobil dərəyə aşıb - FOTO

Zaqatalada avtomobil dərəyə aşıb - FOTO
# 04 iyul 2021 23:13 (UTC +04:00)

Zaqatalada minik avtomobili yüksəklikdən çaya düşüb, bir nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Mazıx-Qəbizdərə avtomobil yolunda baş verib.

Rayonun Suvagil kənd sakini Abakar İlyasov idarə etdiyi “VAZ 2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yüksəklikdən Katex çayına aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 41 yaşlı Suvagil kənd sakini İlham Nəsib oğlu Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İ.Məmmədovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR