Zaqatalada fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb

Zaqatalada fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb
# 09 noyabr 2021 08:01 (UTC +04:00)

Bu gün saat 03:50-də Zaqatalanın Car kəndində Yusif Məhəmməd oğlu Arasova məxsus, kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ümumi sahəsi 144 kv/m olan 5 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evdəki əşyalar da yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR