Zaqatalada keçmiş məhkum İsmayıllı sakininı bıçaqlayıb

Zaqatalada keçmiş məhkum İsmayıllı sakininı bıçaqlayıb
# 10 iyul 2021 17:38 (UTC +04:00)

Zaqatalada keçmiş məhkum İsmayıllı rayon sakininı bıçaqlayıb.
APA-nın məlumatına görə, hadisə Zaqatala şəhər ərazisində baş verib. Zaqatala şəhər sakini Oruc Musazadə ilə İsmayıllı rayon sakini Həsən Qasımov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı O. Musazadə üzərində olan bıçaqla H. Qasımovun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. H. Qasımov ı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan O. Musazadə saxlanılıb. O. Musazadənin
keçmiş məhkum olduğu, bir ay əvvəl həbdən çıxdığı bildirilir.


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR