Abşeron sakini şantaj etdiyi şəxsdən pul alarkən tutulub

Abşeron sakini şantaj etdiyi şəxsdən pul alarkən tutulub
# 05 may 2021 11:47 (UTC +04:00)

Bakı sakinini şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini S.Ələsgərli barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yaymaq hədəsi ilə Bakı şəhər sakini V.Həsənovdan tələb etdiyi 2000 manatı alarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR