Abşeronda piyadanı avtomobil vuraraq öldürüb - FOTO

Abşeronda piyadanı avtomobil vuraraq öldürüb - FOTO
# 03 may 2021 22:03 (UTC +04:00)

Abşeron rayonunda Novxanı-Binəqədi yolunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə “Praqa” restoranının qarşısında qeydə alınıb.

Quliyev Təyyar Hümbət oğlu idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən, təxminən 45-50 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR