Ağdamda mağazadan 20 min manatlıq oğurluq edən qrupun daha bir üzvü tutulub

#
# 11:58
23 aprel 2021

Ağdamda mağazadan oğurluq edən qrupun daha bir üzvü məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ağdam Rayon Polis Şöbəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Ağdam rayonu ərazisindəki mağazaların birindən 20000 manat dəyərində 91 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Başqərvənd kənd sakini E.Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR