Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var
# 31 avqust 2020 22:40 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Qırlı kəndində keçən hissəsində qeydə alınıb.

Goranboy sakini, 27 yaşlı Nürəddin Nağızadə idarə etdiyi "Priora" markalı minik maşını ilə "Shacman" markalı yük maşını toqquşub. Qəza zamanı “Priora”nın sürücüsü və onun sərnişini Aysel Kərimova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR