Axtarışda olan Türkiyə vətəndaşı İnterpol xətti ilə Azərbaycanda tutulub

Axtarışda olan Türkiyə vətəndaşı İnterpol xətti ilə Azərbaycanda tutulub
# 28 avqust 2020 15:54 (UTC +04:00)

Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda tutulub.

APA-nın Türkiyə müxbirinin İHA-ya istinadən verdiyi məlumata görə, qətldə günahlandırılan Cevat Koparır İnterpol xətti ilə saxlanılıb.

O, artıq Türkiyəyə aparılıb. 

Qeyd edək ki, 30 avqust 2017-ci ildə gecə saatlarında Muğlanın Menteşe rayonunda kafelərdən birində baş verən insident zamanı müştəri Cevat Koparır kafenin işçisi Murat Ekicini ürəyindən bıçaqlayaraq öldürüb.

C. Koparır qətli törədəndən sonra ölkədən qaçıb. O, həmin vaxtdan axtarışda olub. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR