Bakıda Salyan sakinini avtomobil vuraraq öldürüb

Bakıda Salyan sakinini avtomobil vuraraq öldürüb
# 03 sentyabr 2020 11:44 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sentyabrın 2-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Yardımlı rayon sakini O.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Tamaşa Məlikovanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR