Bakıda ana və azyaşlı övladı qəzada xəsarət alıb

#
# 19:23
1 may 2021

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə Səbail rayonu, Bayıl qəsəbəsində hərəkətdə olan iki minik avtomobili toqquşub. Daha sonra arxandan gələn daha bir avtomobil onlara çırpılıb.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hacıyeva Gülşən Türyan qızı və onun 5 yaşlı qızı Ayşən ağır xəsarət alıb.

Ana travmatologiyaya, azyaşlı övladı isə reanimasiya şöbələrinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR