Bakıda dini mərasim zamanı polisin zorakılıq etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib

Bakıda dini mərasim zamanı polisin zorakılıq etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib
# 05 may 2021 15:53 (UTC +04:00)

Sosial şəbəkələrin bəzi istifadəçiləri polis tərəfindən Sabunçu rayonunda dini mərasimlərin qarşısını alaraq zorakılıq etməsilə bağlı əsassız paylaşımlar ediblər.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, respublika ərazisində tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.

"Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, 5 nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayət olan halların qarşısı alınıb. Həmin şəxslərin hər birilə profilaktik söhbətlər aparılmaqla, barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR