Bakıda hədə-qorxu ilə pul tələb edən kriminal aləm üzvlərinə hökm oxunub

Bakıda hədə-qorxu ilə pul tələb edən kriminal aləm üzvlərinə hökm oxunub
# 16 aprel 2021 12:39 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Kamran Babayev, Əhməd Əlizadə, Ceyhun Niftəliyev, İlham Ramazanov və Kənan Sayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Babayev 8 il 6 ay, Ceyhun Niftəliyev 7 il 6 ay, K. Sayılov və İ. Ramazanov 7 il, Ə. Əlizadə isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər kriminal aləm üzvləridir. Onlar hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinirlər.

İş üzrə zərərçəkən şəxs Rafiq İsrafilov adlı şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR