Bakıda motosikletlə vurulan qadının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda motosikletlə vurulan qadının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 13 iyul 2020 09:15 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, ötən gün Yasamal rayonu, Nəriman Nərimanov prospektində 1986-cı il təvəllüdlü Famil Məmmədov idarə etdiyi motosikletlə 1965-ci il təvəllüdlü Gülnarə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydaları pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR