Bakıda narkotacirdən 5 kq marixuana götürülüb

Bakıda narkotacirdən 5 kq marixuana götürülüb
# 05 sentyabr 2020 12:23 (UTC +04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xəzər rayonu ərazisində Zirə qəsəbə sakini İ. Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı onda metamfetamin və 10 ədəd metadon həbi aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə 4 kiloqram 550 qram marixuana, 212 qramdan artıq heroin, 240 qramdan çox tiryək və daha 500 metadon həbi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR