Bakıda qadın və kişi bıçaqlanıb

Bakıda qadın və kişi bıçaqlanıb
# 27 iyul 2020 15:28 (UTC +04:00)

Bakıda iki nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Sadıqova Xədicə Daxil qızı qeyri-rəsmi münasibətdə yaşadığı Eyvazov Əkbər Tapdıq oğlu ilə yaşadıqları evdə olan zaman qadının keçmiş həyat yoldaşı ora gəlib. Qadının keçmiş əri Əkbər Eyvazovu, Əkbər Eyvazov isə Xədicə Sadiqovanı bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR