Bakıda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Bakıda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
# 24 sentyabr 2020 12:22 (UTC +04:00)

Bakıda iki avtobmobilin toqquşması nəticəsində yaralanan şəxs xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 22-də saat 10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevin idarə etdiyi “Niva” və Mirövsət Səmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilən M.Səmədov sentyabrın 23-də orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR