Boya zavodunda yanğında FHN-in dörd əməkdaşı xəsarət alıb - RƏSMİ

Boya zavodunda yanğında FHN-in dörd əməkdaşı xəsarət alıb - RƏSMİ
# 04 iyul 2020 23:45 (UTC +04:00)

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə 3 TTY briqadası cəlb olunub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR