DİN Qobustanda ölümlə nəticələnən qəza barədə məlumat yayıb

DİN Qobustanda ölümlə nəticələnən qəza barədə məlumat yayıb
# 21 avqust 2020 12:38 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Qobustan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi haqqında məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, avqustun 20-də saat 14 radələrində Qobustan şəhəri ərazisində Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Hadisə nəticəsində Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR