Gəncədə qadın dərmandan zəhərlənib

Gəncədə qadın dərmandan zəhərlənib
# 22 noyabr 2020 22:02 (UTC +04:00)

Gəncə sakini olan qadın dərman preparatından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü L.K. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR