Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurub

Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurub
# 06 iyun 2020 20:51 (UTC +04:00)

Göyçay rayonuna leysan yağışı və dolu yağıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Göyçay şəhərinə və kəndlərə güclü leysan yağışı yağıb, rayonun Çərəkə və Xəlitli kəndlərinə isə dolu düşüb.

Dolu dənələri pomidor və xiyar istixanalarının selofan örtüyünü yararsız hala salıb, tərəvəz məhsullarını, ağaclardakı gilas, ərik və alçanı tələf edib, taxıl sahələrinə ziyan vurub.

Yağıntı səbəbindən kənd sakinlərinə xeyli maddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR