Göyçayda yaşayış binasında uçqun olub, xəsarət alanlar var

Göyçayda yaşayış binasında uçqun olub, xəsarət alanlar var
# 20 avqust 2020 11:33 (UTC +04:00)

Göyçayda yaşayış binasında uçqun olub.

APA-nın məlumatına görə, hadisə rayonun Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb. Binanın 1-ci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan, 1951-ci il təvəllüdlü Eyvaz Şamilov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəridə Şamilova zirzəmiyə düşüblər.

Xəsarət alan ər-arvad xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR