Hacıqabulda iki bacı yol qəzasında xəsarət alıb

Hacıqabulda iki bacı yol qəzasında xəsarət alıb
# 13 aprel 2021 17:25 (UTC +04:00)

Hacıqabulda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Bakı-Qazax magistralının Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki bacı - Ağdaş sakinləri, 1972-ci il təvəllüdlü İsmayılova Vəfa Bahadur qızı və 1960-cı il təvəllüdlü Nəbiyeva Heyran Bahadur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR