Kür çayında batanlardan birinin meyiti tapılıb - YENİLƏNİB

#
# 14:08
10 aprel 2021

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, aparılan axtarış işləri nəticəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 11:32

Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR