Kürdəmirdə ad günü məclisi təşkil edən rayon sakinləri saxlanılıb

Kürdəmirdə ad günü məclisi təşkil edən rayon sakinləri saxlanılıb
# 12 aprel 2021 22:11 (UTC +04:00)

Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Çöl-Ərəb kənd sakini Süleymanov Elşən Ramiz oğlu  kənddə ad günü məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. 

APA-nın yerli bürosunun xəbərinə görə, saxlanılan şəxs Elşən Süleymanov və ad günündə iştirak edən digər 4 nəfər kənd sakini rayon polis şöbəsinə gətirilib.

Hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə onların hər biri bərəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat cərimə tətbiq olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR