Masazırda yaşayış binasında yanğın olub

Masazırda yaşayış binasında yanğın olub
# 26 sentyabr 2020 19:06 (UTC +04:00)

Abşeron rayonunun Masazır qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində mebel 8 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR