Neftçalada 4 ton çətənə kolu məhv edilib

Neftçalada 4 ton çətənə kolu məhv edilib
# 26 avqust 2020 18:12 (UTC +04:00)

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Surra kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ümumi çəkisi 4 tondan artıq olan 4114 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

​Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR