Neftçalada qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Neftçalada qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb
# 18 avqust 2020 12:08 (UTC +04:00)

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən rayonun Bankə qəsəbə sakini Anar Məmmədov saxlanılıb. Keçirilən şəxsi axtarış zamanı A.Məmmədovun üzərindəki "LLAMA" markalı tapança və həmin silaha aid 1 ədəd sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR