Prokurorluq Lənkəranda doğuşdan sonra ananın ölməsi ilə bağlı məlumat yayıb

 Prokurorluq Lənkəranda doğuşdan sonra ananın ölməsi ilə bağlı məlumat yayıb
# 04 may 2021 10:14 (UTC +04:00)

Mayın 3-də saat 21 radələrində Lerik rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR