Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib

#
# 12:14
9 aprel 2021

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi  əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, kafenin işçiləri olan 4 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR