Salyanda evdən oğurluq edən şəxslər tutulub

Salyanda evdən oğurluq edən şəxslər tutulub
# 01 may 2021 12:17 (UTC +04:00)

Salyanda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon polis şöbəsinə evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri S.Hüseynov və N.Əliyev müəyyən edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin ətrafında araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR